RU

Bakının ən müasir klinikası: Respublika Diaqnostika Mərkəzi– Üstünlüyü, özəlliyi nədir?

Son illərdə ən çox icra edilən əməliyyatlardan biri də oynaq əməliyyatları, endoprotezlənmə əməliyyatıdır.


“Medicina” xəbər verir ki, istər İcbari tibbi sığorta, istər sığortasız özəl xəstələr üzərində bu əməliyyatları ilk icra edən klinikalardan birincisi Respublika Diaqnostika Mərkəzidir.

BTV-nin HəkimPostu verilişində RDM-nin travmatoloq ortopedi Altay Cəfərov bu mərkəzin digər klinikalardan fərqini izah edib.

“RDM ölkəmizin lüks xəstəxanalarından biridir. İlk girişindən bu bəlli olur. RDM çoxşaxəli, multidistiplinar bir xəstəxanadır.


Hər bir böyük, çətin əməliyyatı icra edən həkim arxayındır ki, yanında hər şey var: kardiocərrahiyəsi, güclü reanimasiyası, anesteziologiyası, təcili yardımı, müasir, 24 saat işləyən laboratoriyası və s.


Bizim mərkəzin digər üstün cəhəti də budur ki, dünya səhiyyəsində qəbul edilən hərəkət protokolları, prinsiplərinə əməl edir. O, Azərbaycanda ilk klinikadır ki, beynəlxalq davranış protokollarına uyğun davranır”.

Ətraflı videomüsahibədə


Избранный
54
medicina.az

1Источники