Demokrat.az xəbər verir ki, bunu Çinin Ermənistandakı müvəqqəti işlər vəkili Çen Min jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Çin bu işlərdə iştirak etməyə və erməni xalqının rifah halının yaxşılaşdırılmasına kömək etməyə hazırdır.
“Biz Ermənistanla enerji sahəsində sıx əməkdaşlığa hazırıq, atom enerjisi sahəsində əməkdaşlıqda maraqlıyıq”, - deyə diplomat vurğulayıb.
Çinin Ermənistandakı müvəqqəti işlər vəkili bildirib ki, Göyçə vilayətində Çin fotoelektrik qurğunun inşası layihəsini həyata keçirir və bu yaxınlarda istifadəyə veriləcək.