RU

Küveyt 2050-ci ilə qədər istehsal etdiyi enerjinin 50 faizini günəş enerjisi ilə təmin etməyi hədəfləyir

Bakı. Trend:

Küveyt 2050-ci ilə qədər istehsal etdiyi enerjinin 50 faizinigünəş enerjisi ilə təmin etməyi hədəfləyir.

Trend xəbər verir ki, bunuKüveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-SabahBakıda COP29 sammitində çıxışı zamanı bildirib.

"Temperaturun artmasını və yağış çatışmazlığı səbəbindən tozfırtınalarının baş verməsini müşahidə edirik", – o qeyd edib.

Bu təhdidlərə cavab olaraq, Küveyt ətraf mühitin dayanıqlılığınafəal şəkildə nail olmağa çalışır və Kioto Protokolu və Paris Sazişidə daxil olmaqla, bütün iqlim razılaşmalarına əməl edir. Küveytinstrategiyasına 2060-cı ilədək sıfır karbon emissiyasına nail olmaqvə 2050-ci ilə qədər ölkənin elektrik enerjisi sektorunun 50faizində günəş enerjisini tətbiq etmək təşəbbüsləri daxildir.

"Biz bütün sektorlarda karbon emissiyalarını azaltmağaçalışırıq", – deyə o təsdiq edib.

O, həmçinin, Küveytin Azərbaycanı COP29-un keçirilməsinə görətəşəkkürünü ifadə edərək, tədbirin təşkilini yüksəkqiymətləndirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
59
1
az.trend.az

2Источники