RU

“İqlim ədaləti və bərabərlik” mövzusunda seminar keçirilib

COP29 çərçivəsində Yaşıl Zonada yerləşən “Yer konfransı” otağında "Rhenus Group" tərəfindən "İqlim ədaləti və bərabərlik" mövzusunda seminar təşkil olunub.

Demokrat.az xəbər verir ki, tədbirdə bir sıra ölkələrdən icma üzvləri, yerli və xarici ekspertlər və QHT nümayəndələri iştirak ediblər.

Seminarda iqlim dəyişmələri nəticəsində Kiçik ada dövlətlərinin, səhralaşmış zonaların qarşılaşdıqları əsas problemlər və onlardan çıxış yolları müzakirə edilib. Bildirilib ki, qlobal miqyasda baş verən iqlim dəyişiklikləri daha çox Kiçik ada dövlətləri üçün təbii fəlakətlər və ərzaq çatışmazlığı ilə müşayiət olunur. Hazırda dünyada karbon emisiyasının artımı temperaturun yüksəlməsinə, buzlaqların əriməsinə, dünya okeanının səviyyəsinin qalxmasına təsir göstərir. Bu isə Kiçik ada dövlətlərinin sahilyanı zolaqlarının itirilməsinə səbəb olur. Təbii fəlakətlərin intensivliyi və onların nəticəsinin aradan qaldırılması daha çevik təxliyə imkanları və maliyyə resursları tələb edir. Kiçik ada dövlətlərinin materiklərdən uzaqda yerləşməsi materik dövlətlərinin təcili yardım təşəbbüslərini səmərəsiz edir. Eyni zamanda, bu qrupdan olan dövlətlərin təbii resurslarının və maliyyə imkanlarının məhdud olması Kiçik ada əhalisinin rifahına mənfi təsir göstərir. Həmin dövlətlərdə fəlakətlərdən qorunmaq və nəticələrin aradan qaldırılması üçün qlobal miqyasda iqlim böhranını yaradan dövlətlərin bu böhrana məruz qalan ölkələrə böyük həcmdə maliyyə yardımları etməsi zəruridir. Maliyyə resursları ilə təminat Kiçik ada dövlətlərində kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqinə imkan yarada bilər ki, bu vəziyyətin özü də həm iqlim kataklizmlərindən qorunmağa, həm də ada əhalisinin məşğulluğunun və rifahının yüksəlməsinə müsbət təsir göstərər.

Избранный
38
2
demokrat.az

3Источники