RU

Sülh prosesində yeni ŞƏRTLƏR

“ABŞ, Avropa İttifaqı və Fransada baş verən daxili proseslər Ermənistanı Azərbaycanla sülh sazişini imzalamağa məcbur edə bilər”. 

Bu sözləri politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan-Ermənistan sülh prosesinin gələcək gedişatını şərh edərkən bildirib. Onun sözlərinə görə, Ermənistan regionda sülhün bərqərar olunması istiqamətində addımlar atmalıdır:

“Təbii ki, Azərbaycan-Ermənistan sülh prosesi yeni şərtlər çərçivəsində davam etdirilə bilər. Artıq vəziyyət dəyişməyə başlayır. Bir müddətdən sonra sülh prosesindəki hazırki vəziyyət yeni şərtlərlə nizamlanmağa başlanacaq. Ermənistanın ən yaxın himayədarlardan biri olan ABŞ-də hakimiyyət dəyişmək üzrədir. 

Gəlin ilin əvvəlində yeni administrasiya formalaşacaq. Tramp administrasiyasının Cənubi Qafqaza yönəlik xarici siyasəti müəyyənləşdikdən sonra Azərbaycan-Ermənistan sülh prosesində dəyişiklikləri müşahidə etmək mümkün olacaq. Əgər Tramp administrasiyası ABŞ-nin Ermənistan siyasətində indiki prioritetlərdən imtina edərsə, İrəvan çox çətin vəziyyətə düşəcək”. 

Həmsöhbətimiz deyib ki, bununla yanaşı, Ermənistanın digər himayıdarı - Avropa İttifaqında ciddi siyasi, iqtisadi və sosial problemlər müşahidə olunur: 

“İttifaqın üzləşdiyi problemlər Avropa məkanında siyasi qarşıdurmalara gətirib çıxara bilər. Ermənistanı öz bağrına basan Fransada da çox ciddi daxili problemlər cərəyan edir. 

Ölkədə mövcud vəziyyət siyasi böhrana doğru gedir. Bütün bunlar Ermənistanın beynəlxalq dəstəyini zəiflədəcək faktorlar hesab oluna bilər. Bu amilləri nəzərə alanda, hesab etmək olar ki, yaxın zamanda sülh prosesində yeni şərtlərin ön plana keçməsi qaçılmaz olacaq”. 

Ekspert hesab edir ki, yeni şərtlər ortaya çıxmasa belə, Ermənistan Azərbaycanın bütün tələblərini yerinə yetirmək məcburiyyətində olacaq: 

“Sülh sazişinin mətni tamamilə razılaşdırılmalıdır. Sazişin imzalanmasından əvvəl Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəaları ləğv etməlidir. Əks təqdirdə İrəvan Azərbaycanla sülh sazişini imzalamaq imkanını itirəcək”. 

Избранный
70
cebheinfo.az

1Источники