RU

Baha dollar qızılı ucuzlaşdırır – Son qiymət

 Son aylarda dəyəri sürətlə artan qızılın qiyməti noyabrda ucuzlaşmaqdadır.

 

Sfera.az xəbər verir ki, 2024-cü ilin oktyabrın 30-da qızılın bir troya unsiyasının dəyəri 2800 dollara çatdıqdan sonra ötən günlərdə enmə mərhələsinə keçib.

 

Son 13 gündə “nəcib metal”ın qiyməti 200 dollara yaxın azalaraq 2614 dollar olub.

 

Əvvəl qramı 90 dollara satılan qızıl indi 84 dollardan təklif olunur.

 

Qızılın ucuzlaşmasına əsas səbəb kimi dolların bahalaşması göstərilir.

 

ABŞ dollarının dəyəri noyabrda yenidən artaraq ən yüksək səviyyələrdən birinə çatıb. Qızılın qiyməti beynəlxalq birjalarda dollarla müəyyən edildiyindən baha dollar qızılı ucuzlaşdırır.

 

Vasif

Избранный
48
sfera.az

1Источники