Türkiyə Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə münaqişəyə görə İsraillə diplomatik əlaqələri kəsib.
Publika.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Biz Türkiyə Respublikasının dövləti və hökuməti olaraq İsraillə əlaqələrimizi kəsdik. Hazırda bizim İsraillə heç bir münasibətimiz yoxdur”, - deyə dövlət başçısı vurğulayıb.
Ərdoğan yaxın vaxtlarda münasibətlərin bərpası üçün heç bir addım atılmayacağını da əlavə edib.