RU

COP29 inkişaf etməkdə olan ölkələr üçün şərait yaradır - Keniyanın Baş naziri

Bakı. Trend:

COP29 Afrika qrupunun inkişaf etməkdə olan ölkələri üçün iqlimməqsədlərinə çatmaq istiqamətində şərait yaradılmasına kömək edənbir platformadır.

Trend xəbər verir ki, bubarədə Keniyanın Baş naziri Musalia Mudavadi COP29 çərçivəsindəkeçirilən “COP sədrlikləri “Troyka”nın yüksəksəviyyəli dialoqu:Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz” adlıtədbir zamanı bildirilib.

"COP29 Afrika qrupu ölkələri üçün danışıqlar platforması deyil,inkişaf etməkdə olan ölkələrə iqlim məqsədlərinə çatmaq üçün şəraityaradılmasına kömək edən bir platformadır. Biz COP29-u Missiya1,5-ə doğru Yol Xəritəsinin bir hissəsi olaraq qəbul edirik. COP30bu proqramın inkişafını davam etdirə bilər", - deyə ovurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
57
4
az.trend.az

10Источники