RU

Bu şəxslər aliment ödəməyə bilərlər - AÇIQLAMA

Fiziki və əqli qüsurlu şəxslərin aliment məsələsi hüquqi baxımdan xüsusi yanaşma tələb edir, çünki onların fəaliyyət qabiliyyəti və gəlir əldə etmə imkanları məhdud ola bilər. Belə hallarda aliment ödənişləri ilə bağlı xüsusi qaydalar mövcuddur ki, bunlar şəxsin sosial vəziyyətinə və tibbi durumuna əsaslanır.   Bəs əqli və fiziki qüsurlu şəxslərin aliment ödənişləri necə həyata keçirilir?     Referans.az xəbər verir ki, mövzu ilə bağlı Milli.Az-a vəkil Emil Aslanov açıqlama verib.     O bildirib ki, əgər ata fiziki əlilliyi olan şəxsdirsə və yalnız əlillik üçün pensiya alırsa, bu, onun əmək qabiliyyətini və dolanışığını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər. Aliment ödənilməsi ilə bağlı olan vəziyyətlərdə, məhkəmə ata tərəfindən verilən pensiyanın məbləğini və onun gündəlik ehtiyaclarını nəzərə alır.   "Belə bir halda, məhkəmə alimentin məbləğini təyin edərkən, atasının gəlirini, sağlamlıq vəziyyətini və dolanışıq şəraitini diqqətə alır. Əgər ata yalnız əlillik pensiyası ilə dolanırsa, məhkəmə alimentin miqdarını onun real iqtisadi imkanlarına uyğun olaraq müəyyənləşdirə bilər. Əgər ata aliment ödəməyi çətinləşdirən vəziyyətdədirsə (məsələn, yalnız pensiya alır və əlavə gəliri yoxdur), alimentin miqdarı minimum səviyyədə təyin edilə bilər və ya onun aliment ödənişindən tam olaraq azad olunması mümkün ola bilər. Lakin həmin şəxsə qəyyum təyin olunanda ödənişi o həyata keçirilir. Qeyyum şəxsə xüsusən də məhdud fəaliyyət qabiliyyəti olan bir şəxsə onun həyatını idarə etmək və hüquqlarını qorumaq məqsədilə təyin olunur.   Psixoloji sağlamlıq problemi olan bir ataya gəlincə, əgər o, işləmir, dispanserdə müalicə alır və fəaliyyət qabiliyyəti yoxdursa, aliment ödənişi məsələsi daha da mürəkkəbləşir. Əgər məhkəmə bu şəxsin fəaliyyət qabiliyyəti olmadığını təsdiq edərsə, alimentin ödənilməsi məsələsi təxirə salına bilər və ya  alimentin icraatı dayandırıla bilər.  Bu halda, qeyyum şəxsin hüquqlarını müdafiə edir və lazım gələrsə, aliment ödənişlərini təşkil edir".

Избранный
54
18
turanpress.com

10Источники