RU

ICESCO-nun baş direktoru: "COP29-da əldə olunacaq nəticələr planetimizin qorunmasına xidmət edəcək"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan Hökumətinin təşkil etdiyi COP29 tədbiri çox uğurludur və sonadək belə uğurla davam edəcək. Təşkilatçılıq və idarəetmə heyrətamizdir. Deyə bilərəm ki, bu mənim indiyədək iştirak etdiyim COP-lar arasında ən yaxşısıdır".
Bunu Oxu.Az-a açıqlamasında Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəni İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik deyib.
O əlavə edib ki, müxtəlif ölkələrin tədbirləri, təşkilatların təşəbbüsləri, plenar iclaslar mütəşəkkil keçir və bu da COP29-un əhəmiyyətli nəticələr əldə edəcəyinə inamı möhkəmləndirir:
"COP29-da əldə ediləcək nəticələr ətraf mühitin, planetimizin qorunmasına və bunun üçün gərəkli olan bütün alətlərin müəyyənləşməsinə xidmət edəcək. Həmçinin, ölkələr arasında dostluq, su ehtiyatlarının idarəedilməsi, biomüxtəlifliyin qorunması və ən əsası - sülh bu amalda böyük rol oynayacaq".
ICESCO-nun Azərbaycanla əməkdaşlıq perspektivinə gəlincə isə Salim bin Məhəmməd Əl-Malik qeyd edib ki, ölkəmiz üzvü olduğu qurumun bir çox təşəbbüslərinə güclü dəstək verir:
"2023-24-cü illər ərzində bizim Azərbaycanla bir çox uğurlu birgə fəaliyyətlərimiz olub. Həmçinin, Şuşa 2024-cü il üzrə islam dünyasının mədəniyyət paytaxtı seçildi. Əlavə olaraq deyə bilərəm ki, biz bundan sonra da bir çox işlərdə Azərbaycanla birlikdə olacağıq. Mən Azərbaycanın Prezidenti İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya əməkdaşlığa görə dərindən təşəkkürümü bildirmək istəyirəm".
Məhərrəm Əliyev
Избранный
153
50
oxu.az

10Источники