RU

Özbəkistan "yaşıl" keçid hədəflərinə çatmaq üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək - Nazir

Bakı. Trend:

Özbəkistan "yaşıl" keçid hədəflərinə çatmaq üçün beynəlxalqtərəfdaşlarla əməkdaşlığı davam etdirəcək.

Trend xəbər verir ki, bunuÖzbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziriLaziz Kudratov İqlim Dəyişmələri üzrə COP29-un Liderlər Sammitiçərçivəsində "Əməkdaşlığın Gücü: Net-Zero üçün fəaliyyətlərinbirləşdirilməsi" mövzusunda keçirilən panel müzakirədə çıxışızamanı deyib.

"Özbəkistanda "yaşıl" keçidi təşviq etmək üçün fəal tədbirlərhəyata keçirilir və ilk növbədə yaşıl enerji sertifikatınıntətbiqində əldə olunan uğurlar diqqətə layiqdir. Bu sistem, bərpaolunan enerji mənbələrindən və ekoloji təmiz texnologiyalardanistifadə edən istehsalçıları dəstəkləyir. Hər bir sertifikat 5000kVt·saat enerji istehlakını azaldır və dayanıqlı istehsalıstimullaşdırır. Biz təxminən 20,000 sertifikat təqdim etmişik, buda bu sahədə maraq və inkişafın artdığını göstərir. Bu mexanizmbütün iştirakçılara – istehlakçılara və istehsalçılaraməhsullarının ekoloji dayanıqlılığını artırmağa imkan verir. Bundanəlavə, müəssisələrə investisiya və genişlənmə planları üçün maliyyəcəlb etməyə kömək edir", - deyə o bildirib.

Onun sözlərinə görə, Özbəkistan beynəlxalq maliyyə institutlarıilə yaxından əməkdaşlıq edir və iqtisadiyyatın şaxələndirilməsiüçün uzunmüddətli planlar hazırlayır.

"Bu strategiya, karbon neytrallığına nail olmaq məqsədi daşıyırvə konkret layihələr və tədbirləri əhatə edir. Hazırda enerjisektoruna investisiya cəlb etmək məqsədilə təşəbbüslər həyatakeçirilir ki, bu da Özbəkistana aşağı karbonlu və enerji səmərəliiqtisadi modellərə keçməyə imkan verəcək. Bundan əlavə, biziqtisadi artım və iqlim şəraiti barədə hesabatın hazırlanmasınadair layihələr həyata keçiririk, bu hesabat Dünya Bankı tərəfindəndəstəklənir. O, iqlim dəyişikliklərinin iqtisadiyyata təsirininətraflı təhlilini təqdim edir, bu da effektiv tədbirlər hazırlamağavə beynəlxalq maliyyə və enerji bərpası proqramlarına giriş əldəetməyə imkan verir", - əlavə edib.

Laziz Kudratov bildirib ki, əsas istiqamət 2030-cu ilədəkÖzbəkistanın Yaşıl İnkişaf Strategiyasının həyata keçirilməsidir.Proqramda konkret məqsədlər yer alır: 2010-cu illə müqayisədəistixana qazlarının xüsusi emissiyalarının 0,5 faiz azaldılması,ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payının4 faizə çatdırılması və 2030-cu ilə qədər ÜDM vahidi üzrə enerjiistehlakının 30 faiz azaldılması.

"Bütün bu təşəbbüslər – sertifikatlaşdırma sistemindən tutmuşelektrik enerjisinin istehsalına nəzarət və iqlim təsirininqiymətləndirilməsinə qədər – müasir enerji qənaətciltexnologiyalara yönəlmiş, daha səmərəli resurslardan istifadə edəndayanıqlı bir iqtisadiyyatın yaradılmasına xidmət edir. Bizhəmçinin beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirəcəyik", -nazir vurğulayıb.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
36
az.trend.az

1Источники