RU

Azərbaycanla Anqola arasında siyasi məsləhətləşmələr mexanizmi yaradılır

Azərbaycanla Anqola arasında siyasi məsləhətləşmələr mexanizmi yaradılır.

Sitat.imfo xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevlə Anqola Xarici Əlaqələr Nazirliyinin Dövlət Katibi Esmeralda Mendonza ikitərəfli görüşdə Anlaşma Memorandumu imzalayıblar.

Qeyd olunub ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Azərbaycan və Anqola arasında siyasi məsləhətləşmələr üzrə mexanizmin yaradılmasının ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlığın əlaqələndirilməsinə və inkişafına xidmət edəcəyi vurğulanıb.

Избранный
33
14
sitat.info

10Источники