RU

"ATƏT-in Minsk qrupu dəfn olundu"

Həm rəsmi Bakı, həm də rəsmi İrəvan bütün səviyyələrdə Rusiyanın vasitəçi rolunu yüksək qiymətləndirib.

Titul.az APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan keçmiş münaqişənin nizamlanmasının müxtəlif mərhələlərində Moskvanın vasitəçi rolunu yüksək qiymətləndirib.

"O ki qaldı Minsk qrupuna, biz özümüz onun fəaliyyətindən narazı olmuşuq. Biz onu (ATƏT-in Minsk qrupunu-red.) daha çox tənqid etmişik. Xüsusi ilə də qərblilərin Minsk qrupunun işini bloklamağa başlayandan sonra... Biz, bu mövqeyimizi açıq bəyan etmişik. Minsk qrupunda olan müsbət məqamlar Rusiyanın işləmələrinə əsaslanıb. Bunlar o cümlədən Rusiya, Azərbaycan və Ermənistan arasında olan üçtərəfli razılaşmalarda da öz əksini tapıb. Hansı ki, bu da Ermənistan və Azərbaycan tərəfindən yüksək qiymətləndirilib. 2022-ci ilin fevralında Minsk qrupu Qərb ölkələrinin əli ilə dəfn olunub. Aydın idi ki, onlar vəziyyətin nizamlanmasında deyil, başqa şey etmək niyyətində olublar. Siyasiləşdirmək, öz maraqlarını güdmək... Bunun bizə heç bir aidiyyəti yoxdur. Minsk qrupunda müsbət nəsə olanda biz müsbət haqqında danışmışıq. Harda neqativ üstünlük təşkil edib, demişik ki, Minsk qrupu daha işləmir, onun fəaliyyəti bloklanır, süni yolla bloklanır. Burada müxtəlif tarixi məqamlar, fərqli vəziyyətlər və kontekstlər var", - Rusiya XİN sözçüsü vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Избранный
41
12
titul.az

7Источники