RU

FTB İsrailin hərbi planları ilə bağlı məxfi sənədləri sızdıran MKİ əməkdaşını HƏBS ETDİ

FTB İsrailin hərbi planları ilə bağlı məxfi sənədləri sızdırmaqda ittiham edilən MKİ əməkdaşını həbs edib.

İnterpress.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Bildirilir ki, FTB MKİ əməkdaşını İsrailin hərbi planları ilə bağlı məxfi sənədləri sızdırmaqda ittiham edərək həbs edib.

Xaricdə işləyən Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı İsrailin hərbi planları ilə bağlı məxfi sənədləri sızdırmaqda ittiham edilərək həbs edilib.

Keçən həftə Virciniya ştatının federal məhkəməsi Asif Rəhmana milli müdafiə məlumatlarını bilərəkdən gizlətmək və ötürmək maddəsi ilə iki ittiham irəli sürüb.

O, noyabrın 12-də Kambocada Federal Təhqiqatlar Bürosunun əməkdaşları tərəfindən həbs edilib və ittihamlarla üzləşmək üçün Quam federal məhkəməsinə aparılıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
35
interpress.az

1Источники