Bakıda yeni yerüstü relsli nəqliyyat ola bilər, bununla bağlı yaxın illərdə konkret qərar veriləcək.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda Bakıda əsas məsələ yerüstü ictimai nəqliyyatla bağlıdır. Avtobusların növü dəyişdirilir, elektrik avtobusları gətirilir.
Nəqliyyat eksperti Ərşad Hüseynov bildirir ki, əhalinin mobilliyinin təmin olunmasında ictimai nəqliyyatın payı heç olmaya, yarıya yaxınlaşmalıdır. O zaman tıxacların sayı azalacaq. İnsanların yoldakı zaman itkisi azalacaq. Bunun üçün isə yerüstü relsli nəqliyyat vasitələrinin yenidən bərpası zəruridir.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта