RU

Okan Buruk İtaliya klubunun təklifini qəbul etməyib

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk İtaliya klubunun maraq dairəsinə düşüb.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, “Roma” rəhbərliyi komandanı təcrübəli mütəxəssisə tapşırıqmaq niyyətində olub. Hətta tərəflər arasında danışıqlar da baş tutub.

Ancaq türkiyəli çalışdırıcı paytaxt klubunun təklifini qəbul etməyib. O, “Qalatasaray”da qalmağa üstünlük verib.

Xatırladaq ki, İtaliya mətbuatı “Roma”nın Kladuio Raniyeri ilə anlaşdığını bildirir.

Избранный
75
idmanxeber.az

1Источники