RU

Biznes və məhsul təhlili üzrə analitik - VAKANSİYA

"Azercell Telekom" MMC, Biznes və məhsul təhlili üzrə analitik vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Əsas öhdəliklər:

  • Məlumatların toplanması and inteqrasiyası: Müştəri profilləri, şəbəkənin səmərəlilik (texniki) göstəriciləri, maliyyə məlumatları kimi müxtəlif mənbələrdən məlumatlar əldə etmək. Məlumatların keyfiyyət və ardıcıllığını təmin etmək
  • Məlumatların təhlili: Məlumatlardakı qanunauyğunluq, tendensiya və əlaqələri aşkarlamaq üçün statistik və analitik metodlar tətbiq etmək.
  • Məlumat panelləri və hesabatların hazırlanması: Məlumatları effektiv şəkildə vizuallaşdırmaq və tərəfdaşlara analitik məlumatları çatdırmaq üçün interaktiv məlumat panelləri hazırlamaq.
  • Müştərilərin seqmentləşdirilməsi: Fərqli seqmentləri müəyyən etmək və müvafiq marketinq strategiyaları hazırlamaq üçün müştəri davranışlarını təhlil etmək
  • Gəlirlərin optimallaşdırılması: Gəlir imkanlarını müəyyənləşdirmək, əsas səmərəlilik göstəricilərinə nəzarət etmək və qiymətləndirmə strategiyalarını optimallaşdırmaq.
  • Müştəri itkisinin əvvəlcədən müəyyən edilməsi: Müştəri itkisini əvvəlcədən müəyyən etmək üçün modellər yaratmaq və müştərilərin əldə saxlanılması strategiyalarını həyata keçirmək
  • Saxtakarlıq hallarının aşkarlanması: Şübhəli fəaliyyətləri müəyyənləşdirmək və gəlir itkisinin qarşısını almaq üçün məlumatları təhlil etmək.
  • Rəqiblərin təhlil edilməsi: Şirkətin güclü, zəif tərəflərini və bazar imkanlarını rəqib şirkətlərlə müqayisə etmək.
  • Maliyyə planlarını dəstəkləmək üçün büdcələrin işlənib-hazırlanması və proqnozlaşdırma proseslərinin təşkili və idarə edilməsi.
  • Şirkətin biznes hədəflərinin izlənilməsini və həyata keçirilməsini təmin etmək üçün əsas səmərəlilik göstəriciləri üzrə müntəzəm hesabatların hazırlanması və təqdim edilməsi.

İş təcrübəsi və tələblər:

  • Analitika və hesabatların hazırlanması, qiymətlərin təhlil edilməsi, bazar araşdırması, rəqiblərin təhlili və ya oxşar sahələr üzrə minimum 3 il iş təcrübəsi.
  • İqtisadiyyat, statistika, maliyyə və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi.
  • Statistik təhlil alətlərində və proqramlarında (məsələn, "Excel", SQL, SAS, R, "Python") yüksək səviyyədə işləmək bacarığı.
  • Mürəkkəb məlumatları şərh etmək və analitik məlumatları təqdim etmək qabiliyyəti ilə yanaşı güclü analitik bacarıqlar.
  • Əldə olunan məlumatları və təklifləri effektiv şəkildə təqdim etmək üçün yüksək səviyyədə ünsiyyət və təqdimat bacarıqları.
  • Biznes məlumatlarının təhlili ilə bağlı alət və proqramlarla (məsələn, "Tableau", "Power BI") tanışlıq
  • Çoxsaylı layihələri idarə etmək və müəyyən edilmiş müddət ərzində başa çatdırmaq qabiliyyəti ilə yanaşı güclü təşkilati (işgüzar) bacarıqlar.
  • Telekommunikasiya sahəsində bazar dinamikası, rəqabət mühiti və tendensiyalar barədə biliklər.

Arzu olunan bacarıqlar:

  • Biznes təfəkkürü (biznesdən ümumi anlayış, marketinq bilikləri);
  • Təqdimat/ictimaiyyət qarşısında çıxış etmək bacarığı/emosional intellekt səviyyələri;
  • Danışıqlar aparmaq və ünsiyyət qurmaq bacarığı;
  • Təşəbbüskar, məsuliyyətli, “edə bilərəm” münasibəti göstərən, diqqətli, komandada işləməyi bacaran, yenilikləri öyrənə bilən;
  • Vaxtın düzgün idarə edilməsi və iş tapşırıqlarının prioritetləşdirilməsi bacarığı;

Seçim mərhələləri:

  • CV-nin nəzərdən keçirilməsi;
  • Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair müsahibə.

Ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz. 

Zemfira Ms
Fins.az

Избранный
64
50
fins.az

10Источники