RU

Fransalı siyasətçi Marin Le Pen azadlıqdan məhrum edilə bilər

Fransanın ultra sağçı Milli Birlik partiyasının parlament fraksiyasının sədri və sabiq prezidentliyə namizəd Marin Le Penin Avropa İttifaqının (Aİ) vəsaitlərini sui-istifadə etdiyi üçün mühakimə olunduğu məhkəmə prosesində 3 ili şərti olmaqla 5 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunub.

APA xəbər verir ki, prokurorlar Le Penin mənimsəmədə təqsirli bilinməsini və ona 5 il iş verilməsini tələb edib.

Hakimin başqa cür qərar verməyəcəyi təqdirdə Le Penin prezidentliyə namizədliyi avtomatik olaraq qadağan ediləcək. Fransalı siyasətçi təqsirli bilinərsə, qərardan apellyasiya şikayəti verə biləcək.

Əldə olunan məlumata görə dinləmələr boyu ittihamları rədd edən Le Penin noyabrın 27-dən əvvəl hakim qarşısında müdafiə çıxışı etməsi və yekun qərarın 2025-ci ilin əvvəlində açıqlanması gözlənilir.

Избранный
13
1
azpolitika.info

2Источники