RU

Yanacaq nasosunun ömrünü uzatmağın sirləri

"Yanacaq nasosunun nasazlıqları avtomobilin tam sıradan çıxmasına səbəb ola bilər".

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı avtomobil mütəxəssisi Sergey Ponomaryov məlumat verib.

Onun sözlərinə görə, bir neçə qaydaya əməl etməklə avtomobilin bu hissəsinin ömrünü uzatmaq olar.

"Maşını boş çənlə sürməkdən çəkinmək vacibdir, yanacaq səviyyəsinin ümumi həcmin ¼-dən aşağı düşməməsi tövsiyə olunur. Nasos yanacaqla soyudulur və onun çatışmazlığı elementlərin qızmasına, sürtünmənin artmasına və hissənin resursunun azalmasına səbəb olur", - deyə ekspert izah edib.

Onun sözlərinə görə, həmçinin keyfiyyətsiz yanacaq ola biləcək naməlum yanacaqdoldurma məntəqələrindən (YDM) uzaq durmaq lazımdır.

O, aşağıkeyfiyyətli benzinin mühərrikin işinə mənfi təsir göstərən qarışıqlar ehtiva etdiyini bildirib.

Избранный
54
2
demokrat.az

3Источники