RU

Pentaqon ABŞ hökumətinin yerdən kənar texnologiyaya malik olduğunu inkar edib

Pentaqon keçmiş əməkdaşının ABŞ hökumətinin yerdən kənar texnologiyaya malik olması ilə bağlı iddialarını rədd edib.

“Far.Az” xəbər verir ki, bu barədə “TASS”a Pentaqonun sözçüsü Syuzan Qof məlumat verib.

Onun sözlərinə görə, ABŞ müdafiə departamenti yerdənkənar materialların saxlanması və ya çoxaldılması ilə bağlı hər hansı proqramın keçmişdə mövcud olması və ya hazırda mövcudluğu iddialarını dəstəkləmək üçün heç bir etibarlı məlumat tapmayıb.

Qof, Pentaqonun Bütün Sahələrdə Anomaliyaların Həlli Ofisinin ABŞ hökumətinin Uçan Naməlum Obyektlərlə bağlı tarixi məlumatları nəzərdən keçirməyə davam etdiyini söyləyib.

Избранный
8
1
far.az

2Источники