RU

“PAŞA Bank” COP29 çərçivəsində iqlim maliyyəsi müzakirələrinə töhfə verəcək

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” COP29 çərçivəsində iqlim dəyişiklikləri, dayanıqlı iqtisadi inkişaf və bu sahədəki çağırışlara dair müzakirələrdə fəal iştirak edir.

Bu gün, 14 noyabrda, COP29 Sədrliyinin idarəçiliyi altında Mavi Zonada “PAŞA Bank”ın təşkilatçılığı ilə “İqlim maliyyəsinin milli inkişaf hədəfləri ilə uyğunlaşdırılması: Azərbaycanın yolu” adlı panel təşkil edilir.

Paneldə iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbrov, “PASHA Holding”ın baş icraçı direktoru Cəlal Qasımov, “PAŞA Bank”ın idarə heyətinin sədri Cavid Quliyev, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov, “Deloitte” şirkətinin nümayəndəsi İvan Kuxnin, “Mizuho Bank”ın dayanıqlı maliyyə həlləri üzrə direktoru Selia Prays və moderator qismində “EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev iqlim maliyyəsinin rolu və karbon emissiyalarının azaldılması kimi mövzuları müzakirə edəcəklər. Eskpertlər həmçinin, enerji, nəqliyyat və kənd təsərrüfatı kimi sahələrin “yaşıl keçid” prosesinə dəstək verməsi üçün maliyyə ehtiyacları və bankların roluna toxunacaqlar.

Müzakirə panelini izləmək istəyənlər 16:00-da Mavi Zonada Azərbaycan pavilyonuna dəvət olunurlar.

Избранный
42
3
marja.az

4Источники