RU

Erməni məmurlar övladlarını Ermənistan vətəndaşlığından çıxarırlar

“Hərbi xidmətə çağırış ölkəmizin, dövlətimizin qarşısında duran vəzifələrdən biri olaraq qalmaqda davam edir və biz bu barədə ucadan danışmalıyıq”.

Bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan parlamentdə 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

“Ermənistan vətəndaşının və dövlət məmurlarının övladlarının Silahlı Qüvvələrdə xidmət etməməsi üçün onun Ermənistan vətəndaşlığından imtina etməsi fenomeni var.

Hesab edirəm ki, bu şəraitdən çıxış edərək, biz öz mühitimizi müəyyən lüstrasiyaya tabe etməliyik və ilk növbədə, mən Ermənistan Respublikasının baş nazirinə də dövlət idarəetmə sistemində oxşar prosesə başlamaq xahişi ilə müraciət etmişəm. Məncə, dövlət məmuru təkcə öz övladının deyil, yaxın ətrafının, qohumlarının övladlarının da Ermənistan vətəndaşlığından imtina etməsinə imkan verməməlidir”.

Избранный
35
moderator.az

1Источники