Müəllif:Ayşən İmanova/Banco.az
Oktyabrın sonunda Hindistanda inflyasiya illik 6,21% təşkil edib.
Banco.az xəbər verir ki, bu, 2023-cü ilin avqustundan bəri ən yüksək göstəricidir.
Ölkədə istehlak qiymətlərinin artım tempi konsensus proqnozunu xeyli üstələyib. Analitiklər inflyasiyanın 5,81%-ə qədər sürətlənəcəyini gözləyirdilər.