RU

"Yelo Bank"ın Mərkəzi Bank və dövlət fondları qarşısında borcu 16 milyon manatdan çox artıb

"Yelo Bank"ın bu ilin 9 ayında Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklərinin həcmi 107 milyon 385 min manat təşkil edib. 

Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir, bu 2023-cü ilin sonu ilə müqayisədə 17,6 faiz və ya 16 milyon 111 min manat çoxdur. 2023-cü ilin sonunda bankın  Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklərinin həcmi 91 milyon 274 min manat təşkil edib. 

"Yelo Bank "ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinin həcmi 22 milyon 330 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 6 faiz və ya 1 milyon 441 min manat azdır. 2023-cü ilin sonunda bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinin həcmi 23 milyon 771 min manat təşkil edib.

Nara

Избранный
43
valyuta.az

1Источники