RU

Biz yaşıl maliyyə üçün funksional ekosistem hazırlayacağıq - Mərkəzi Bankın sədri

Bakı, TurkicWorld

Azərbaycan yaşıl keçidi inkişaf etdirməyə sadiqdir.

TurkicWorld xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov COP29 çərçivəsində keçirilən "Qlobal Maliyyə Sistemi: İqlim fəaliyyəti üçün maliyyələşdirmənin artırılması" tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın 2030-cu il üçün sosial-iqtisadi inkişafının beş sütunundan biri də ölkənin yaşıl inkişafına nail olmaqdır. Taleh Kazımov 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunduğunu əlavə edib.

O bildirib ki, ümumi enerji kompleksində bərpaolunan enerjinin rolu "Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda 24 faiz artırılmalıdır.

"Azərbaycan Mərkəzi Bankı dayanıqlı maliyyənin yol xəritəsini qəbul edib ki, bu da bir sıra şərtləri özündə birləşdirir. Birincisi, biz yaşıl maliyyə üçün funksional ekosistem hazırlayacağıq. Biz maliyyə institutları tərəfindən davamlı, yaşıl maliyyə istiqamətində biznes modelləri və strategiyalarının keçidini təmin edəcəyik və yol xəritəsi aşağı karbon emissiyası səviyyəsinə keçidi dəstəkləyəcək.

Bildiyiniz kimi Azərbaycanın Milli Müəyyənləşdirilmiş Töhfəsi (NDC) 1991-ci illə müqayisədə 2050-ci ilə qədər emissiyanın 40 faiz azaldılmasını nəzərdə tutur. Azərbaycan Mərkəzi Bankı milli yaşıl taksonomiyasını işləyib hazırlayıb. Bu proses müxtəlif maraqlı tərəfləri, nazirlikləri, maliyyə sənayesini, assosiasiyaları və beynəlxalq maliyyə təşkilatlarını əhatə edir", - deyə Mərkəzi Bankın sədri bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
65
7
turkic.world

10Источники