RU

Con Tun ABŞ Senatında çoxluqda olan Respublikaçıların lideri seçildi

Respublikaçılar Cənubi Dakotadan Senator Con Tunu Senatın növbəti çoxluq lideri seçiblər.

Artıq dördüncü müddətdir Senatda olan 63 yaşlı Tun illərdir aralarında mövcud olan fikir ayrılıqlarına baxmayaraq, Trampla yaxından işləməyi vəd edib. Tun gələcək prezidentin siyasi gündəliyini həyata keçirmək cəhdlərində mühüm rol oynayacaq.

O, gizli keçirilən səsvermədə Respublikaçı senatorların əksəriyyətinin dəstəyini qazanaraq, iki rəqibə, Texasdan Senator Con Kornin və Floridadan Senator Rik Skota qalib gəlib.

Respublikaçılar ötən həftə keçirilən seçkidə qazandıqları 53 yerlə Senatda çoxluğu ələ keçiriblər. Onlar Kentakki ştatından olan və Senatda ən uzun müddət xidmət edən partiya lideri Mitç MakKonneli əvəz edirlər.

MakKonnel kimi Tun da Respublikaçılar Partiyasının daha ənənəvi qolundandır. O, 2019-cu ildən bəri Senatda Respublikaçılar partiyasının liderinin köməkçisi vəzifəsində xidmət göstərib.

Tun zaman-zaman Trampın Konqresdəki istəklərinə qarşı çıxış və 2020-ci il prezident seçkilərinin ləğv etmək cəhdi ilə bağlı Trampla açıq şəkildə fikir ayrılığı yaşayıb. Ancaq son aylarda Tunun görüşləri Trampla üst-üstə düşüb və onlar gələcək prezidentin gündəliyini həyata keçirməyin yolları ilə bağlı məsləhətləşmələr aparıb.

visiontv.az



Избранный
17
visiontv.az

1Источники