RU

Bloomberg: Trampın seçilməsi Seulun Ukraynaya silah göndərmək qərarına təsir edəcək

Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi Cənubi Koreyanın Ukraynaya silah göndərmək qərarına təsir edə bilər.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Bloomberg məlumat yayıb.

 

Mənbə qeyd edib ki, prezident Yoon Seok-yeol hökuməti indi Kiyevə öldürücü silahların verilməsindən imtina imkanlarını araşdırarkən ABŞ-ın seçilmiş prezidentinin mövqeyini nəzərə almalıdır.

 

Seul həmçinin Trampın münaqişəyə yanaşmasının digər ölkələrdə Kiyevə verilən dəstəyə necə təsir edəcəyini təhlil edir.

 

Bundan əvvəl Koreya Respublikasının Moskvadakı keçmiş səfiri Vi Seonq Nak etiraf etmişdi ki, Trampın ABŞ prezidenti seçilməsi ölkənin Ukrayna ilə bağlı siyasətini dəyişə bilər. Onun fikrincə, Seulun Kiyevə silah göndərmək qərarı çox güman ki, Trampın seçkilərdəki qələbəsi səbəbindən ləğv ediləcək.

 

Noyabrın əvvəlində Cənubi Koreya prezidenti Şimali Koreya əsgərlərinin sonradan münaqişədə iştirakı üçün Rusiyaya göndərilməsi fonunda Ukraynaya silah tədarükünü istisna etməyib. Onun sözlərinə görə, Şimali Koreya əsgərlərinin Ukraynadakı münaqişədə mümkün iştirakı Cənubi Koreya üçün təhlükə yaradır, çünki Şimali Koreya qüvvələri onlarda çatışmayan döyüş təcrübəsi qazanacaq.

 

Bundan əvvəl Cənubi Koreya KXDR-in “təhlükəli macərasına” görə Ukraynaya dəstəyi artıracağı ilə hədələyib.

 

Nigar

 

Избранный
54
12
oxu24.com

10Источники