RU

Rusiya Baltik dənizini Hind okeanına birləşdirmək istəyir

Yazını böyüt
Yazını kiçilt

Rusiya son iki ildə strateji əhəmiyyətli Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Volqa-Xəzər kanalında modernləşdirmə işlərinə 10 milyard rubl (100 milyon dollar) xərcləyib. Dəhliz İrandan keçməklə Hindistandan Rusiyaya birbaşa tranzit təmin edir.

Hafta.az-ın “Nezavisimaya qazeta”ya istinadən yazdığına görə, araşdırmalar nəticəsində məlum olub ki, kanalın əsas limanları hələ də standartlara cavab vermir və bəzi ərazilərdə suyun dərinliyi gəmilərin keçidi üçün kifayət deyil. Buna baxmayaraq, ötən illə müqayisədə kanaldan keçən gəmilərin sayının təxminən 50 faiz artdığı öyrənilib.

1999-cu ildə fəaliyyətə başlayan Şimal-Cənub dəhlizi Ərəbistan dənizi və Fars körfəzindən Baltik dənizinə qədər uzanan ticarət yolunun yaradılması məqsədi daşıyır. Bu marşrutun Süveyş kanalının yarısı qədər qısa olması xərcləri azaltmaqla Rusiyaya konteyner daşımalarında iqtisadi üstünlük təmin edə bilər. Dəhliz İran, Hindistan, Azərbaycan və Türkiyə kimi bir çox ölkənin dəstəyi ilə genişlənməkdə davam edir.

2022-ci ildə Qərb ölkələri ilə mübahisələrdən sonra Rusiya alternativ ticarət yollarına daha çox sərmayə qoymağa başladı. Lakin Volqa-Xəzər kanalının bəzi hissələrində hələ də yalnız birtərəfli keçid mümkündür. Rusiya hakimiyyəti kanalın bütün uzunluğu boyunca ikitərəfli keçidləri təmin etmək üçün 2027-ci ilə qədər əlavə maliyyələşdirmə planları üzərində işləyir.

Rusiya rəsmiləri hesab edirlər ki, Şimal-Cənub dəhlizinin Şimal dəniz marşrutu ilə birləşdirilməsi Rusiyanın ticarət yollarını gücləndirəcək. Layihə ilə Baltikdən Hind okeanına nəqliyyat müddəti 14 günə enəcək və alternativ marşrutlara nisbətən daha qənaətli olacaq.

Избранный
61
hafta.az

1Источники