RU

Millimizin başına keçdi, reytinqdən düşdü

Dünyanın ən güclü məşqçilərinin noyabr reytinqi açıqlanıb. Planetin 500 ən güclü mütəxəssisi yer aldığı siyahıda Qurban Qurbanov 146-cı pilləyə yüksəlib.

Sportinfo.az xəbər verir ki, cədvəldə yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur.

"Qarabağ"ın baş məşqçisi 1658 xala malikdir.

52 yaşlı mütəxəssis ötən ayın reytinqi ilə müqayisədə 9 xal qazanıb. Bu, 9 pillə irəliləyiş üçün yetərli olub.

"Turan Tovuz"un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 57-cidir. Hesabat dövründə 6 xal qazanan mütəxəssis 2 pillə irəliləyib.

Millimizi çalışdıran Fernandu Santuş 1624 xalla siyahıda 192-cidir. O, bir pillə geriləmə yaşayıb.

Siyahıya "Mançester Siti"nin 2211 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.

Избранный
27
sportinfo.az

1Источники