RU

Azərbaycanda yeni Konstitusiya qəbul edilə bilərmi? (ŞƏRH)

"Hesab etmirəm ki, yaxın vaxtlarda Konstitusiya islahatları ilə bağlı müzakirələr başlanılsın. Amma bu məsələ mütləq müzakirə edilməlidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.

Onun sözlərinə görə, Konstitusiyaya dəyişikliklərlə bağlı təkliflər deputatlar tərəfindən irəli sürülüb:

"Amma bu gün Azərbaycan Konstitusiyasında olan müddəaların böyük əksəriyyəti normal müddəalar kimi qiymətləndirilə bilər. Mən bu müddəaların ciddi şəkildə dəyişilə biləcəyini, yaxud da dəyişilmək ehtimalının olacağını gözləmirəm".
 


Qulamhüseyn Əlibəyli hesab edir ki, Konstitusiyada hakimiyyətlər bölgüsü prinsipinin daha dəqiq əməl olunma məsələsi, xüsusən də parlamentin səlahiyyətinin genişləndirilməsi, icra hakimiyyətinin parlament nəzarətinə keçməsi, bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi, yerli icra hakimiyyəti orqanlarının tədricən ləvğ olunması, onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi kimi məsələləri müzakirə mövzusu ola bilər:

"Bu ya yeni Konstitusiyanın qəbulu yolu ilə, yaxud da qüvvədə olan əsas qanunda müəyyən dəyişiklik etməklə mümkün ola bilər".

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə bəzi ekspertlər yaxın vaxtlarda yeni Konstitusiya ilə bağlı ciddi müzakirələrin başlanacağını iddia edirlər. Onlar hesab edirlər ki, hakimiyyət bölgüsü ilə bağlı məsələlər tezliklə öz həllini tapacaq.

Bahar Rüstəmli

Избранный
20
qaynarinfo.az

1Источники