RU

Bəy və gəlin toy günü pərt oldu – Cəmi 5 nəfər…

ABŞ-ın Oreqon ştatında yaşayan Kalina Mari və əri Şeyninin toyu gözlənilmədən kədərli anlara çevrilib. Şadlıq sarayına daxil olan cütlük boş masalarla qarşılaşıb.

News24.az xəbər verir ki, son 10 ayda toylarına böyük hazırlıq görən cütlük 75-dən çox adama rəqəmsal dəvətnamələr, 25 nəfərə isə xüsusi hazırlanmış çap olunmuş dəvətnamələr göndərib. Lakin toyda cəmi 5 nəfər iştirak edib.

Doqquz ildir birlikdə olan və bu ilin yanvarında nişanlanan cütlük qonaqların niyə gəlmədiyini anlaya bilmədiklərini bildiriblər. Üstəlik, gəlməyən qonaqların əksəriyyəti təbrik mesajı belə göndərməyib.

“TikTok”da 7 milyon dəfədən çox baxılan toy görüntüləri sosial mediada böyük müzakirələrə səbəb olub. Bir çox istifadəçi “Necə olur ki, insanlar toya gələcəklərini deyirlər, sonra gəlmirlər?” sualını verib.

Çox məyus olan gəlin Kalina Mari, “Ən qatı düşmənimin belə belə bir şey yaşamasını istəməzdim” deyərək kədərini dilə gətirib.

Избранный
20
2
editor.az

6Источники