RU

"Daha sərt cəzalar olmalıdır" - Sabiq deputat TƏNQİD ETDİ

“Aralarında məşhur türk müğənni Sərdar Ortaç və aparıcı Mehmet Ali Ərbil kimi məşhur simaların olduğu 23 nəfər haqqında qumar oyunları səbəbindən saxlanılma qərarı verilib. Bildirim ki, Sərdar Ortaç ifadə verdikdən sonra ev həbsi ilə cəzalandırıldı. O, media nümayəndələrinə açıqlamasında “Cəmiyyətə pis örnək oldumsa, Allah məni bağışlasın. Qumar bəlası hələ də başıma işlər açır. Evimi, pulumu, evliliyimi və sağlamlığımı məndən aldı. Həmçinin, məni həbsə kimi apardı” dedi. Bu sözləri SİA-ya açıqlamasında Acun İlıcalının əmisi, Türkiyənin Ərzurum şəhərindən olan sabiq deputat, professor Mustafa İlıcalı deyib.

Mustafa İlıcalı sözlərinə belə davam edib: “Qumar yalnız məşhurları deyil, bir çox cəmiyyətləri öz ağuşuna alıb. Onların bunun üçün həbs olunmaları qumarın nə qədər geniş yayıldığını göstərir. Məşhurların onları izləyən vətəndaşlara örnək olmaları lazımdır. Onlar şəxsi həyatlarına çox diqqət etməlidir.

Onu da qeyd edim ki, dövlətimiz qanundankənar bu kimi hallarla ciddi şəkildə məşğul olur.

Düşünürəm ki, qumarın insana vurduğu zərbələr barədə cəmiyyətdə maarifləndirmə işləri lazımdır. Bu barədə təlimlər keçirilməlidir. Bu haqda daha sərt cəzalar olmalıdır”.

Ayşən Vəli

Избранный
8
sia.az

1Источники