Dünya Bankının “Dövlət qulluqçuları arasında korrupsiya” araşdırmasında ən yaxşı nəticəni Gürcüstan göstərib.
Ökə 100%-lik reytinq şkalası üzrə ölkə son 11 ildə 25%-dən 75%-ə yüksəlib. Araşdırmaya görə, Gürcüstan bütün Aİ-yə namizəd ölkələri və Aİ-yə üzv olan 19 dövləti qabaqlayaraq, dünyada 22-ci, Avropada isə 11-ci yerə yüksəlib.
“Bu, fəxr edə biləcəyimiz göstəricilərdən biridir və burada qeyd etmək lazımdır ki, bizim daha da iddialı bir hədəfimiz var – korrupsiyanın aşağı səviyyəsinə görə dünyanın ilk üç ölkəsinə daxil olmaq”, deyə İrakli Kobaxidze, araşdırmanı şərh edərkən bildirib.
Ülviyyə, Hurriyyet.az