RU

İsrail Livanda atəşkəs İSTƏYİR – Trampa “hədiyyə”nin DETALLARI

İsrail Livanda atəşkəs planını Donald Trampa “hədiyyə” olaraq hazırlayır.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Washington Post” nəşri məlumat yayıb.

Qəzet yazır ki, İsrailin Baş naziri Benyamin Netanyahunun yaxın köməkçisi bu həftə Donald Tramp və Cared Kuşnerə bildirib ki, İsrail Livanda atəşkəs razılaşmasını irəli sürməyə tələsir. İsraillilər hesab edirlər ki, bu, seçilmiş prezidentin xarici siyasətdə erkən qələbə qazanmasıdır.

Qeyd olunur ki, bazar günü Netanyahunun strateji işlər üzrə naziri Ron Dermer Livan danışıqları ilə bağlı Bayden administrasiyasının rəsmilərinə məlumat verməzdən əvvəl Mar-a-Laqoya baş çəkib. Bu, Trampın seçkilərdə qələbəsindən sonra Amerikanın siyasi ağırlıq mərkəzinin nə qədər sürətlə dəyişdiyini göstərir.

Nəsimi Ələsgərli

Избранный
77
yenicag.az

1Источники