RU

Yaşıl zonada şirkətlər: təbiətə nə vəd edilir ? -REPORTAJ

Bir neçə gündür ki Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu Tərəflər Konfransı işə başlayıb. COP29 tədbirlərinin böyük əksəriyyəti Yaşıl zonada keçirilir. Yaşıl zona, müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor, media işçiləri, alimlər, gənclər, yerli icmalar, QHT-lər, vətəndaş cəmiyyəti və rəsmi Mavi zona nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gələrək ünsiyyət qura biləcəyi məkandır.

COP29 Sədrliyi tərəfindən təşkil və idarə olunan Yaşıl zona müxtəlif iştirakçıların öz baxışlarını bölüşə bilmələri üçün dinamik platformadır. Bu zona cari innovasiyaların, eləcə də iqlim dəyişmələri ilə mübarizə üzrə potensial həll variantlarının təqdim edilməsinə dair müzakirələr, panellər və əyani nümayişlər üçün mərkəz funksiyasını yerinə yetirir.
COP29 Sədrliyinin rəhbərliyi altında olan Yaşıl zonanın təşkilində konseptual məqsəd iqlim dəyişmələri ilə mübarizə sahəsində dövlət qurumları ilə bütün maraqlı tərəflər arasında mühüm əməkdaşlıq əlaqələrinin qurulmasıdır.


Burada maraqlı tərəflər iqlim dəyişmələri ilə mübarizə sahəsində öz innovativ həll variantlarını təqdim etmək və prosesə töhfə vermək imkanı əldə edirlər. Onların ixtiraları, təklif etdikləri həll variantları, eləcə də əzmkar sahibkarlıq ruhu COP29-un Azərbaycanda uğura imza atması üçün mühüm əhəmiyyət kəsb edir.


Azchemco MMC: Daha təhlükəsiz gübrə, daha sağlam məhsul

COP29 məkanı olan Yaşıl zonada öz pavilyonunu quran, məhsullarını təqdim edən yerli şirkətlərindən biri də Azchemco MMC idi. Şirkət kənd təsərrüfatı və kimya bazarlarının ehtiyacı olan etibarlı qida təminatı üçün keyfiyyətli, zərərli qatqısız, kǝnd tǝsǝrrüfatı mǝhsullarını ǝldǝetmǝ imkanını hǝyata keçirir. Yaşıl dünya naminə kǝnd tǝsǝrrüfatı vǝ iqtisadi mǝnbǝlǝrin daimi istifadǝsini tǝmin etmǝk və gələcək nəsillərə ekoloji baxımdan təmiz dünya qoyub getmǝk şirkətin prioritetidir.

Pavilyona baş çəkənlərlə həmsöhbət olan təmsilçilər bildirir ki, Azchemco MMC-nin fǝaliyyǝtinin əsas məqsədi və istiqaməti, bitkilərin qidalandırılmasında, mühafizəsində və torpaqların münbütlüyünün qorunub saхlanılmasında əhəmiyyətli olan, zərərli qatqısız, yüksǝk keyfiyyǝtli maye və sülb halında məhsul istehsal etməkdir. Dünya miqyasında ekoloji təhlükəsiz və keyfiyyǝtli kǝnd tǝsǝrrüfatı mǝhsullarının əldə edilməsinə xidmǝt göstərən gübrələrin istehsalını hǝyata keçirən şirkətin əsas məqsədi dünyada lider ve qabaqcıl kǝnd tǝsǝrrüfatı sahəsində gübrə istehsalı şirkəti olmaqdır.

Şirkətin icraçı direktoru Ramil Kamilli ilə söhbətimiz zamanı bildirdi ki, Azchemco MMC ümumdünya kǝnd tǝsǝrrüfatı sektorunda öz sözünü deyə biləcək innovativ, tǝşǝbbüskar və istehsal etdiyi məhsullarının Azərbaycanın brendinə çevrilməsinə nail olmaq üçün fasilǝsiz çalışır. Onun sözlərinə görə şirkətin məqsədi dünya kənd təsərrüfatı kimyası sənayesində Azərbaycanı lider ölkə kimi təsdiqlətməkdir: “Bir şirkət olaraq anlayırıq ki, yaşana bilən bir dünya qurmağın yolu insana və dünyaya qiymət verməkdən keçir. Hər zaman dünyanın ekoloji sağlamlığını düşünürək istehsal etdiyimiz mǝhsullarımızın kənd təsərrüfatı sektoruna böyük bir töhfə olduğunu hesab edirik. Biz gələcəkdə yaşana bilǝn sağlam bir dünya üçün bu gündǝn işlǝyirik.”

Qeyd edək ki, şirkətin təsis olunmasında əsas məqsədi ölkəmizdə qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılmasına dəstək vermək, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılmasıdır. Şirkətin missiyası habelə, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabət qabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan keyfiyyətli aqrokimyəvi maddələrin, bitki mühafizəsi vasitələrinin və preparatlarının istehsalı, həmçinin onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasından ibarətdir. Bu sahədə Azchemco MMC bir sıra elmi tədqiqat institutları ilə əməkdaşlıq edir və şirkətin istehsal etdiyi məhsullar dünya şöhrətli “SGS” şirkətinin laboratoriyalarında yoxlanılaraq təsdiq olunur.

Azmade Group: “Məsaməli hörgü blokları ilə daha az emissiya”

Müxtəlif sektorlarda fərqli təyinatlı layihələri uğurla həyata keçirən “Azmade Group” MMC-nin əsası 2018-ci ildə qoyulub. Şirkət fəaliyyətə başladığı ildən etibarən öz bizneslərini effektiv menecment, korporativ idarəetmə və uğurlu kadr siyasəti əsasında inkişaf etdirir. Azərbaycanda və digər ölkələrdə etibarlı tərəfdaşları olan “Azmade Group” MMC-nin qarşıya qoyduğu əsas hədəf güclü idarəetmə, müasir texnologiyaların tətbiqi və bununlada sənaye və tikinti sektorunda güclü milli brendlərin yaradılmasıdır. Şirkət öz fəlaiyyətini "made in Azerbaijan" brendi altında istehsal etdiyi məhsullarının ölkə daxili ilə birgə, həm də ölkə xaricində də daha çox tanıdılması üzərindən qurmağa üstünlük verir.

Şirkətin missiyası Milli sənayemizin inkişafına töhfə vermək, xüsusilə regionların inkişafına xidmət etmək, strateji idarəetmə və istehsal mədəniyyəti formalaşdırmaqla əməkdaşlarımızın, müştərilərimizin və tərəfdaşlarımızın etimadını doğrultmaq, ölkəmizlə birgə inkişaf etməkdir. Yüksək keyfiyyət standartlarına uyğun məhsul istehsal etmək və müştərilərə daimi yüksək xidmət göstərməklə regionun lider şirkətinə çevrilmək qarşıya qoyulan məqsədlərdəndir.

Yaşıl zonadakı pavilionunda AAC məsaməli hörgü bloklarını təqdim edən Azmade Group bu tikinti materialını “təbiətin dostu” adlandırır. Şirkətin mümayəndəsi, kimya mühəndisi Fuad Cəbrayılzadə: “Məsaməli hörgü blokları dünya üzrə çox məşhurdur. Ekoloji təmiz məhsul olan bu bloklarla tikilən binalarda elektrik enerjisinə yüksək qənaət olunur. Təxminən 30-40 faizlik qənaətdən söhbət gedir. Bu da öz növbəsində karbon qazı emissiyalarının azaldılmasına xidmət edir. Xüsusilə seysmik zonalarda bu bloklarla tikilən binalar daha möhkəm və davamlı olur. Bu bloklar yüngüldür, daha az resurs tələb edir, lakin daha çox sahə inşa edir. Məsaməl hörgü bloklarına daha yüngül və daha güvənli deyə bilərik. Düz və hamar olduğuna görə, ölçüləri dəqiq olduğu üçün əlavə işçilik tələb eləmir, xərcləri azaldır. Əhəng tərkibli olduğu üçün evdə bakteriya, həşərat çoxalmasının qarşısını alır. Bu bloklarla tikilən evlər nəfəs alır, buxar kondensasiyası olmur, nəmişlik yaranmır. Bu bloklarla tikilən evlər yayda sərin, qışda isti olur”.

Hələ davam edən COP29 konfransı çərçivəsində Yaşıl zonadakı başqa şirkətlərin pavilyonlarına da baş çəkib reportaj hazırlayacağıq.

Lalə Mehralı

Избранный
79
1
sesqazeti.az

2Источники