RU

Viktor Orban Le Peni dəstəkləyib

Macarıstanın baş naziri Viktor Orban Fransanın sağçı Milli Mitinq partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Penə qarşı irəli sürülən ittihamlar fonunda onu dəstəkləyib.

Qaziler.az xəbər verir ki, bu haqda Viktor Orban “X” sosial şəbəkəsindəki səhifəsində müvafiq yazı dərc edib.

“Marin Le Pen haqqında dünənki xəbərlərə inana bilmirəm. Marin, unutmayın ki, biz bu döyüşdə birlikdəyik! Və unutmayın, ittihamlar prezident Donald Trampın qələbəsi üçün atılmış kritik addım idi”, - Orban yazıb.

Qeyd edək ki, noyabrın 13-də Paris prokurorluğu Marin Le Penin 5 il müddətinə azadlıqdan məhrum edilməsini, həmçinin oxşar müddətə ona seçkilərdə iştirak etməsinin qadağan edilməsini tələb edib. Bundan başqa, siyasətçini 300 min avro cərimə də gözləyir.

QAZİLER.AZ

Избранный
64
49
qaziler.az

10Источники