RU

Natiq Miri: Trampın yeni adminstrasiyası Azərbaycan üçün problemlər yarada bilər...

Görünür ki, Trampın yeni administrasiyasında ermənipərəst siyasətçilər daha çox üstünlük təşkil edirlər...

Politoloq: “Donald Trampın prezident seçilməsinin Azərbaycan üçün yararlı olacağını düşünənlər və bununla bağlı sevinənlər düşünürəm ki, tələsirlər. Çünki Donald Tramp proqnozlaşdıra biləcək, ayrıca strateji addımları düşünən və qərarlar verə biləcək bir dövlət adamı deyil”.

Rusiyaya müəyyən mənada güzəştlər olarsa və onlarln özlərinin iddia etdiyi kimi yenə də Moskva təsir dairəsi olaraq qlobal səviyyədə ABŞ tərəfindən tanınılarsa, düşünürəm ki, bu da region dövlətləri üçün problem olacaq”.

Bu sözləri politoloq Natiq Miri Trampın Cənubi Qafqaz siyasətini Poliqon-a şərh edərkən qeyd edib.

Xıbər verdiyimiz kimi, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası ABŞ kəşfiyyatı vəzifəsinə namizəd olan Tulsi Qabbardı Rusiyaya işləməkdə ittiham edib. Qabbard həmçinin erməni pərəst siyasətçi kimi tanınır və o, qeyri-qanuni olaraq Dağlıq Qarabağda belə olub. Belə görünür ki, Trampın yeni administrasiyasında ermənipərəstlər daha çox üstünlük təşkil edirlər.

Bu baxımdan, Trampın Cənubi Qafqaz siyasətində Azərbaycan üçün təhlükəli hansısa çalarlar ola bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Yeni ABŞ administrasiyası hətta Azərbaycan üçün xoşagəlməz problemlər yaradıla bilər”.

Trampln yeni adminstrasiyası içərisində ermənipərəstlərin çox olduğunu bildirən politoloq Poliqon-a açıqlamasında vurğulayıb ki, bu ermənipərəstlər sadəcə erməniləri sevdikləri üçün deyil, həm də kriminal erməni lobbisinin maliyyəsi ilə yemlənən siyasətçilərdir. Bu da Azərbaycan üçün müəyyən problemlər yarada bilər:

Donald Trampın prezident seçilməsinin Azərbaycan üçün yararlı olacağını düşünənlər və bununla bağlı sevinənlər düşünürəm ki, tələsirlər. Çünki Donald Tramp proqnozlaşdıra biləcək, ayrıca strateji addımları düşünən və qərarlar verə biləcək bir dövlət adamı deyil. Tramp hansısa güc mərkəzlərinin təsiri ilə istənilən zaman qəfləti qərarlar verə bilir və bu qərarlar verilən zaman ABŞ üçün hansı üstünlüklər daşıya biləcəyi ilə bağlı o qədər də dərin düşüncələrə varılmır.

Bir çox təsadüfü adamlar var ki, bu insanlar konkret dövlətlərin korporativ maraqlarına xidmət edirlər. Bir tərəfdən erməni lobbisinin kriminal maliyyəsi ilə xidmət edən siyasətçilər, yəni alınan-satılan siyasətçilər, başqa bir tərəfdə Rusiya kimi dövlətlərə casusluq edən şəxslərin vəzifəyə alınması, hakimiyyətə gətirilməsi ABŞ dövlət üçün hansı təhlükəsizliyi təmin edə bilər? Düşünürəm ki, bu yöndə suallar çoxdur və bu son deyil. Belə sürprizlər davam edəcək.

Natiq Miri: “Rusiya kimi dövlətlərə casusluq edən şəxslərin vəzifə alınması, hakimiyyətə gətirilməsi ABŞ dövlət üçün hansı təhlükəsizliyi təmin edə bilər?”.

Ayrıca Rusiyaya müəyyən mənada güzəştlər olarsa və onlarln özlərinin iddia etdiyi kimi, yenə də Moskva təsir dairəsi olaraq qlobal səviyyədə ABŞ tərəfindən tanınılarsa, düşünürəm ki, bu da region dövlətləri üçün problem olacaq. Çünki Rusiya bu gün Ukrayna bataqlığında olduöu üçün bir çox bölgələrdə aktiv deyil. Buna görə də, gələcək perspektiv heç də bu MDB məkanıns sülhün gəlməsini təmin etməyəcək. Çünki Rusiyanı hər kəs tanıyır və Rusiya imperiya siyasətindən bir an belə vaz keçməyib. Bunu biz bariz olaraq Ukrayna cəbhəsində görürük.

Buna görə də, Donald Trampın Azərbaycana o cümlədən, bütün dünyaya xeyrinin olacağı fikri kökündən yanlışdır. Hələ seçkilərdən öncə də bildirmişdik ki, nə Demokratların, nə də Respublikaçıların namizədi Donald Trampın seçilməsi dünya, o cümlədən Azərbaycan üçün heç bir fayda gətirməyəcək. Əksinə ola bilsin ki, hətta Azərbaycan üçün xoşagəlməz problemlər yaradıla bilər. Çünki yeni adminstrasiyanln tərkibindı ermənipərəstlər çoxdur və bu ermənipərəstlər sadəcə erməniləri sevdikləri üçün deyil, həm də erməni lobbisinin kriminal maliyyəsi ilə yemlənən insanlardır. Bu da Azərbaycan üçün müəyyən problemlər yarada bilər”.

Nərminə UMUDLU
Poliqon.info

Избранный
65
poliqon.info

1Источники