RU

Tarixi Zəfər ölkəmizdə dönüş nöqtəsi oldu ŞƏRH

Bəşəriyyət öz tarixi boyunca adı qələbə ilə simvollaşan müxtəlif xalqların, ölkələrin zəfər salnamələri yaratmasına şahidlik edir. Milli mübarizəyə qalxan bir sıra xalqlar tarix yazmaq, adını tarixə qələbə ilə, qəhrəmanlıqla yazdırmaq şərəfinə nail olublar.
Fəxr və qürur hissi ilə qeyd etmək istəyirəm ki, öz adını bəşəriyyət tarixinə mütərəqqi, sivil dəyərlərə sadiq, humanist, sülhsevər, eyni zamanda, haqq və ədalət uğrunda savaşmağı bacaran bir xalq kimi həkk etdirmiş Azərbaycan xalqı da Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Zəfər salnaməsini yazaraq öz qüdrətini və qətiyyətini bütün dünyaya nümayiş etdirdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin cəbhəboyu törətdiyi irimiqyaslı təxribatlara cavab olaraq Ordumuz Ali Baş Komandanın əmri ilə “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi 30 ilə yaxın davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Cənab İlham Əliyevin sərkərdəliyi sayəsində qazanılan möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan tarixində indiyədək bundan böyük Qələbəmiz olmayıb. Qazandığımız Zəfər xalqımızın tarixində qələbələrin, zəfərlərin ən uca zirvəsində dayanır.
Budur, Zəfər Günündə gözəl və şöhrətli paytaxtımız Bakıda Zəfər parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq. Bu gözəl yerdə şəhərimizin, yenə də deyirəm, ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq.
Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı, Zəfər tarixi. Bu tarixi Azərbaycan xalqı, onun əsgəri öz qanı və şücaəti ilə yazdı. 44 günlük Vətən müharibəsi müddətində, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Təkcə müasir tariximizin deyil, ümumi dövlətçilik tariximizin şanlı səhifələrindən olan - Zəfər Gününə aparan yolun əsası Ümummilli Lider Heydər Əliyevin hərbi və diplomatik sahələrdə apardığı uğurlu siyasətlə qoyulub.
Prezident, Ali Baş Komandan Zəfər parkının açılışındakı nitqində qalibiyyətimizi həzm edə bilməyən qüvvələrə sərt mesajlarını ortaya qoyub.

Bəhruz Ramazanov

YAP Qusar rayon təşkilatının məsləhətçisi

Избранный
26
1
sesqazeti.az

2Источники