RU

Dieqo Forlan tennis karyerasına məğlubiyyətlə başlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Uruqvay millisinin sabiq futbolçusu Dieqo Forlan peşəkar tennisdəki ilk oyununda məğlub olub.
Oxu.Az xəbər verir ki, 45 yaşlı keçmiş hücumçu paytaxt Montevideoda təşkil olunan beynəlxalq turnirdə çıxış edib.
O, cütlüklərin yarışında argentinalı tennisçi Federiko Koria ilə birlikdə mübarizə aparıb. Onlar Boris Arias/Federiko Sebalyos (Boliviya) cütünə uduzublar - 0:2 (1:6, 2:6)
O, daha əvvəl Peruda veteranlar arasında keçirilən turnirə qatılmışdı.
Qeyd edək ki, Dieqo Forlan karyerası ərzində İngiltərədə "Mançester Yunayted", İtaliyada "İnter", İspaniyada "Atletiko" klublarının da formasını geyinib.
İki dəfə "Qızıl buts"un qalibi olan oyunçu 2010-ci ildə təşkil edilən dünya çempionatının ən yaxşı futbolçusu seçilib. Forlan 2011-ci ildə Amerika Kubokunu da qazanıb.
Избранный
66
50
oxu.az

10Источники