RU

Trampın qızıl malikanəsi, Melaneya ilə nikah otağı: Soyuq fəslin Ağ Evi... - Fotolar

Seçkilərdən dərhal sonra ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ailəsi ilə birlikdə Floridaya, Palm-Biçdəki şəxsi Mar-a-Laqo kurortuna gedib.

Teleqraf.com Forbes-ə istinadla Trampın malikanəsinin içəridən və xaricdən görünüşünü təqdim edib.

İspan dilindən tərcümədə Mar-a-Laqo "Dənizdən gölə" deməkdir, mülk 1924-1927-ci illərdə taxıl imperiyasının varisi Marjorie Merriuezer Post üçün tikilib.

Onun dəbdəbəli dizaynı Florensiya və Venesiyadan ilhamlanıb. Tavan və divarlar qızılla örtülüb, pəncərələr isə okeanın panoramik mənzərəsini təqdim edir.

1985-ci ildə Donald Tramp mülkü 10 milyon dollara satın alıb və ondan öz iqamətgahı kimi istifadə edib. 2022-ci ilin ortalarında Palm-Biç mirvarisi 350 milyon dollar dəyərində qiymətləndirilib. Tez-tez buraya gələn Tramp Mar-a-Laqo mülkünü “qış Ağ Evi” adlandırmağı sevir.

1995-ci ildə Tramp malikanəni özəl kluba çevirib. Bura müxtəlif tədbirlərə, konsertlərə, gözəllik yarışmalarına ev sahibliyi edib. Okean sahilində üzgüçülük hovuzundan əlavə, klubda indi gözəllik salonu, spa mərkəzi, tennis kortu və kroket meydançaları var.

2005-ci ilin yanvarında Tramp klubun ərazisinə 2000 kvadrat metrlik bal zalı əlavə edib. Melaniya ilə evllilik də burada baş tutub.


Müəllif: Pərvin Cəfərova
Избранный
95
teleqraf.com

1Источники