RU

“Qarabağ”ın rəqibi səhmlərini satır

Avropa Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibi olan Fransanın “Lion” klubu çətin durumdadır.

Msport.az “Lequipe” nəşrinə istinadən xəbər verir ki, klub maliyyə cəhətdən çətin günlər yaşayır.

Klub xəzinəsini doldurmaq üçün müxtəlif addımlara, o cümlədən 75 milyon avro dəyərində qiymətləndirilən səhmlərin bir hissəsinin İngiltərənin “Kristal Pelas” klubuna satılmasına, həmçinin bir sıra futbolçuların satılacağına ümid edir.

“Qarabağ” – “Lion” matçı noyabrın 28-də, Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq.

Избранный
27
3
msport.az

4Источники