RU

COP for Hope: COP29-da sağlamlıq imkanları məhdud şəxslər üçün yaradılan ideal şərait bütün dünya üçün nümunə olmalıdır - Kamal Məmmədov (Müsahibə)

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz: BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) müyəssərlik şöbəsinin müdiri KamalMəmmədovdur.

K.Məmmədov Trend-əmüsahibəsində bildirib ki, COP29-da sağlamlıq imkanları məhdudşəxslər üçün yaradılan ideal şərait bütün dünya üçün nümunəolmalıdır.

“COP29-da sağlamlıq imkanları məhdud şəxslərin bərabər hüquqluiştirakı üçün bütün şərait yaradılıb. Buraya görmə, eşitmə zəifliyiolanlar, autizm, dayaq-hərəkət sistemi problemləri yaşayanlar vəəlil arabasından istifadə edənlər kimi bütün əlillik kateqoriyalarıdaxildir. Bakı Olimpiya Stadionunun ətrafında yaradılmış 50pavilyonlu geniş ərazidə onlar sərbəst hərəkət edə vəfəaliyyətlərini həyata keçirə bilərlər, onlar üçün müvafiq xüsusixidmətlər yaradılıb. Təxminən 7 minə yaxın xidmət və şirkət işçisibizim təlimlərimizə cəlb olunub. Onların arasında könüllülər,sürücülər, hava limanı və yerüstü xidmət işçiləri, servis vətəhlükəsizlik xidmətləri, qidalanmadan ünsiyyətə qədər olanxidmətlər, metro, avtobuslar və taksi ilə ictimai nəqliyyatlahərəkət daxildir. Əsas məqsəd tam maneəsiz mühit yaratmaq idi – vəbu, tam həcmdə həyata keçirilib”, – o bildirib.

Komanda ilə əvvəlki COP-ların təcrübəsi araşdırılıb, əlilliyiolan iştirakçıların şərhləri analiz edilib və əlçatanlığı təminetmək üçün unikal və innovativ həllərin yaradılması istiqamətindəmüvafiq nəticələr çıxarılıb.

“COP29 rəhbərliyinin sağlamlıq imkanları məhdud şəxslərinproblemlərinə xüsusi diqqətini vurğulamaq lazımdır. Tikinti vəhazırlıq işlərinin ilk günlərindən etibarən komandamızla birlikdəprosesdə birbaşa iştirak etdik, hərəkət xəritəsi əsasındaməsləhətlər verdik, hansı ki, ən yüksək səviyyədə dərhal həyatakeçirildi. Xüsusilə, indiyədək COP tədbirlərində surdötərcüməistifadə edilməmişdi, amma bizdə ilk dəfə olaraq tətbiq edilib.Tədbirin açılışı zamanı surdötərcümə eşitmə qüsurlu beynəlxalqmütəxəssislər tərəfindən həyata keçirildi. Onlara mətn ingilisdilində noutbukdan oxunurdu, operativ şəkildə göndərilən mətnəəsasən tərcümə edilirdi. Bütün zallarda eşitmə qüsurlu insanlarüçün induksiya sistemi yaradıldığını xüsusi qeyd etmək istəyirəm.Görmə qüsurlu insanlar üçün İnfo masalarımızda xüsusi bukletlər,azərbaycan və ingilis dillərində Brayl əlifbası ilə hazırlananxüsusi ərazi taktil xəritələr təqdim edilir. Həmçinin əlilarabaları üçün texniki xidmət də mövcuddur. 20 mexaniki və 10motorlu olmaqla ehtiyatda otuz əlil arabası, habelə ətrafərazilərdə hərəkət üçün qolf maşınları var. Qürurla qeyd edirəm ki,bu sistemin yaradılmasında sağlamlıq imkanları məhdud şəxslərimiziştirak edib. Xüsusilə, görmə məhdudiyyətli insanlar Brayləlifbasını hazırlayıb, amputantlar isə arabaları təmir edir.Könüllülər arasında da əlilliyi olan, autizmdən və eşitmə, görməpozğunluğundan əziyyət çəkən şəxslər var. Bütün sahələrdəinklüzivlik var!”, – şöbə müdiri bildirib.

Onun sözlərinə görə, o, şəxsən “BakuBus” avtobuslarındapandusların istifadəsini və sürücülərin fiziki məhdudiyyətlişəxslərlə necə ünsiyyət qurduğunu yoxlayıb.

“Komandamız rəng korluğu olan insanlar üçün panellərin dizaynıvə rəng seçiminə də cəlb edilib. Döşəmə örtüyü olan xalçanınsıxlığından tutmuş, yaşlılar, əlil arabasındakılar və ya yüksəkdaban ayaqqabı geyinən qadınların rahat hərəkət etməsinə qədər hərdetal nəzərə alınıb. Təklifimiz əsasında görmə məhdudiyyətliinsanların fərqinə vara bilməsi üçün qapı çərçivələrində kontrastlırənglər, sarı stikerlər (şüşə qapılarda daxil olmaqla) yaradılıb.Pilləkən meydançalarının astanalarında panduslar quraşdırılıb. Üçmetrdən yüksək olan bütün qeydiyyat bölmələrində əlil arabalarıüçün uyğun hündürlükdə bir hissə ayrılıb. Tədbirlərin keçiriləcəyibütün zallarda əlillər üçün xüsusi yerlər ayrılıb. Bundan əlavə,təcili təxliyə zamanı əlillərə xüsusi xidmət göstərən xidmət var.Gizli əlilliyi və ya autizmi olan şəxslər üçün beynəlxalq rəmz olangünəbaxan işarəli lentlər də istifadə edilir. Stress keçirmişşəxslər üçün xüsusi təchiz edilmiş “sükut otağı”nı da xüsusi qeydetmək istəyirəm”, – deyə Kamal Məmmədov əlavə edib.

Onun sözlərinə görə, 100 faizlik müyəssərlik COP29 rəhbərliyibaşda olmaqla, bütün fəaliyyət göstərən xidmətlərin yüksəkpeşəkarlığı, diqqətliliyi və əlaqəliliyi sayəsində yaradılıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
43
3
az.trend.az

4Источники