RU

Paşinyan: Bizim təhtəlşüurumuz müstəmləkə olduğumuz dövrdə formalaşıb

Ermənistanda cəmiyyətin kollektiv təhtəlşüuru öz mahiyyətinə görə “anti-dövlət”dir və o, ermənilərin müstəmləkələrin tərkibində yaşadıqları dövrdə  formalaşıb. Bunu noyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Məlumatı “İzvestiya.ru” verib. 

“Bizim kollektiv sosial təfəkkürümüz, başqa sözlə desək, şüuraltımız anti-dövlətdir, apolitikdir. Dövlətçilik məndən başlayaraq hamımızı narahat edir. Bizim indiki sosial psixologiyamız, sosial psixologiyamızın genetikası mahiyyət etibarı ilə biz müstəmləkə, kölə olanda formalaşıb”, - deyə o bildirib.

Siyasətçinin qeyd etdiyi kimi, ermənilər azı 600 ildir ki, süni şəkildə yaradılmış dövlətlərdə yaşayırlar. Bunlardan Ermənistanın müstəqil dövlət kimi cəmi 35 illik təcrübəsi var: “Tale belə gətirib ki, müqavimət, yadlaşma bizim dövlət anlayışını dərk etməyimizdə əsas üsuldur, çünki son 600 il ərzində biz özümüz tərəfindən yaradılan deyil, bizə sırınmış dövlətdə yaşayırıq”, - Paşinyan deyib.

P.ƏMİRCANOV

XQ

 

Избранный
54
xalqqazeti.az

1Источники