RU

“Peşəkar dəstək almaqla tükənmişlik sindromundan qurtulmaq olar” - PSİXOLOQ FİKRİ

“Son illər tez-tez qarşılaşdığımız və müraciət edilən hallardan biri də insanların bir işə həvəsə başlayıb sonradan yarıda qoyması və ya imtina etməsidir. Bu barədə də çox suallar alırıq: “Bu emosional tükənmişlikdirmi?” və ya “Bu halın sonu depessiya ola bilrmi?” Belə insanlar adətən daxilində boşluq hiss edir, bir çox hallarda ətrafına da laqeyid yanaşırlar”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

O bildirib ki, qarşısına qoyduğu məqsəd maraqsız görünür, işə köklənə bilmir eyni zamanda başqa maraqlara qarşı da motivasiyası qalmır: “Yəni işin əvvəlində onu cəlb edən motivasiya artıq ona heç bir təsir göstərmir. Bu bizim emosional yanma, başqa adla tükənmişlik sindromu dediyimiz anlayışdır. Yanma sindromu dedikdə, insanda emosional, fiziki və zehni yorğunluqla müşahidə olunan psixi proses nəzərdə tutulur. İnsanlar neqativ emosiyaların öhdəsindən gəlməklə, işlərinə rəngarənglik qatmaqla, günlük iş qrafiklərini planlı şəkildə qurmaqla, işdən əlavə az da olsa özlərinə vaxt ayırıb sevdikləri şeyləri etməklə emosional yanma sindromundan qurtula və ya bu prosesi yüngülləşdirə bilərlər. Əgər bunları etdikdən sonra da proses yüngülləşmirsə, daha da ağırlaşır və onların gündəlik həyat fəaliyyətinə ciddi şəkildə təsir edirsə mütəxəssisə müraciət edib dəstək almaqdan çəkinməməlidirlər.

Çox zaman sual ünvanlanır ki, “Emosional yanma sindromu, tükənmişlik yaşadığımı necə bilmək olar?” Bunun üçün xüsusi testlər var ki, müraciət edən insanlar müayinələr zamanı o testlərdən keçirilir və ilkin psixoloji dəyərləndirmə zamanı problemin olub-olmamağı bu şəkildə müəyyən edilir.

Bəzən insanlar bu sindromdan qurtulmaq üçün doğru olmayan yollara əl atır, spirtli içkilər daha çox qəbul edir və ya onlarda digər zərərli vərdişlərin artması müşahidə olunur. Bunlar problemdən çıxış yolu deyil. Zamanında psixoloji dəstək almaqla insanlar qısa bir zamanda tükənmişlik sindromundan qurtula və yenidən həyatına adaptasiya ola bilər”.

Müəllif: Səbinə Hüseynli
Избранный
37
50
sia.az

10Источники