RU

Dudanın Lukaşenko şəkil çəkdirməkdən imtina etməsini heç kim hiss etməyib

BMT-nin Bakıda keçirilən iqlim sammitində iştirak edənlərdən heç biri Polşa prezidenti Anjey Dudanın Belarus prezidenti Aleksandr Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etməsinin fərqinə varmayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belarus liderinin özü məlumat verib.

"Heç kim onun getdiyini fərq etmədi", - deyə Lukaşenko ifadə edib. 

Belarus prezidenti deyib ki, baş nazir Şahbaz Şərif və bir çox digər sammit iştirakçıları salam vermək üçün ona yaxınlaşıblar.

Lukaşenkonun sözlərinə görə, Belarusun xarici işlər naziri Maksim Rıjenkov bu barədə ona deməsəydi, Duda ilə insidentin fərqinə belə varmazdı.

Gülayə Mecid

Избранный
55
48
unikal.az

10Источники