RU

COP 29 tədbirinə həsr olunmuş qaçış keçiriləcək

16 noyabr 2024-cü il tarixdə Zəfər Qaçış Klubunun təşkilatçılığı ilə COP 29 tədbirinə həsr olunmuş qaçış keçiriləcək. Qaçış tədbirinin keçirilməsində məqsəd COP 29-la bağlı dövlətin siyasətini dəstəkləmək, həm yaşıl dünya, həm də sağlam həyat tərzini təbliğ etmək naminə insanların diqqətini bu məsələyə cəlb etməkdir. 

Fanat.Az xəbər verir ki, qaçış məsafəsi 29 km olacaq.

Qaçışda 18 yaşdan yuxarı qaça bilən hər kəs iştirak edə bilər. Tədbirə Xankəndi - Bakı 380 km Ultra Marafonun iştirakçıları da qatılacaqlar. 

Qaçış tədbiri 16 noyabr ( şənbə günü) 2024- cü ildə saat 9:00-da keçiriləcək. Start nöqtəsi Bakı Bulvarı 7 Gözəl Fəvvarəsinin yanında olacaq (Qələbə Qaçışının startı). Marşrut xətti Qələbə Qaçışının yolu ilə 3 dairə olacaqdır.

Qoşulmaq istəyənlər 051 710 00 00 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Избранный
17
fanat.az

1Источники