RU

Azad olunan ərazilərdə 140-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizdə özünüməşğulluq proqramının icrası işlərini davam etdirir.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, bu gün Cəbrayıl və Füzuli şəhərinə köçürülən sakinlərdən daha bir qrup şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunub.

Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları qadın gözəllik salonu, dərzi sexi, kişi bərbərxanası və dönərxana zərfi üzrə kiçik biznes sahələrini yaradıblar.

Beləliklə, işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərdən artıq 140-dək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub.

Azad Azad Azad Azad Azad Azad Azad
Избранный
37
2
apa.az

3Источники