RU

Dünyada şəkərli diabet xəstələrinin sayı 800 milyonu ötüb

Dünyada şəkərli diabet xəstələrinin sayı 800 milyonu ötüb

Dünyada aparılan hərtərəfli araşdırmaya görə, son 30 ildə şəkərli diabet xəstələrinin sayı iki dəfə artaraq 800 milyonu keçib. 1990-cı ildə dünya üzrə böyüklər arasında 7 faiz olan diabet nisbəti 2022-ci ildə 14 faizə yüksəlib. Araşdırmada ən böyük artımın aşağı və orta gəlirli ölkələrdə olduğu bildirilib.Dünyada diabetin yayılması və müalicəsini araşdıran bu ilk hərtərəfli tədqiqat Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıqda NCD-RisC tərəfindən aparılıb.18 yaşdan yuxarı 140 milyondan çox insanın məlumatlarından istifadə edilən təhlil ölkələr arasında müqayisələri daha dəqiq edib.Araşdırmaya görə, şəkərli diabet hallarının yarıdan çoxu Hindistan, Çin, ABŞ və Pakistanda cəmləşib.Tədqiqat şəkərli diabetdə regional və sosial-iqtisadi bərabərsizlikləri vurğulayıb. Sakit okean adaları, Karib dənizi, Yaxın Şərq və Şimali Afrika kimi bəzi bölgələrdə kişi və qadın əhalinin 25 faizindən çoxunun şəkərli diabet xəstəsi olduğu ifadə edilib.Yüksək gəlirli Qərb ölkələri arasında diabet nisbəti ABŞ-da 12,5 faiz, Böyük Britaniyada isə 8,8 faiz olaraq qeydə alınıb.Digər tərəfdən Fransa, Danimarka, İspaniya, İsveçrə və İsveçdə qadınlarda şəkərli diabet nisbəti 2-4 faiz, Danimarka, Fransa və bəzi Afrika ölkələrində isə kişilərdə 3-5 faiz səviyyəsində qalıb.Mütəxəssislər dünya əhalisinin qocalması və piylənmənin artması ilə diabetin daha çox insana təsir etdiyini bildirirlər. Madras Diabet Araşdırma Fondunun prezidenti Dr. Ranjit Mohan Anjana "Şəkərli diabetin əlil və potensial ölümcül nəticələrini nəzərə alaraq, sağlam pəhriz və idman vasitəsilə qarşısının alınması qlobal sağlamlıq üçün həyati əhəmiyyət kəsb edir" deyib.Dr. Anjana xüsusilə aşağı gəlirli bölgələrdə sağlam qidaların əlçatan edilməli və idman imkanlarının artırılması lazım olduğunu vurğulayıb.Tədqiqat həmçinin aşağı gəlirli ölkələrdə şəkərli diabetin müalicəsinə çıxışda bərabərsizlikləri də vurğulayıb.Diabetli böyüklərin 55 faizindən çoxu yüksək gəlirli ölkələrdə müalicə alırsa, bir çox aşağı və orta gəlirli ölkələrdə bu nisbət əhəmiyyətli dərəcədə artmayıb. Bu səbəbdən, 2022-ci ildə 30 yaşdan yuxarı diabetli yetkinlərin 59 faizi, təxminən 445 milyonu müalicə ala bilməyib.ÜST-nin baş direktoru Dr. Tedros Adhanom Qebreyesus "Şəkərli diabetdə narahatlıq doğuran artım qeyri-sağlam qida marketinqinin, fiziki fəaliyyətin olmamasının və iqtisadi çətinliklərin, həmçinin piylənmənin əksidir" deyib.Dr. Tedros vurğulayıb ki, qlobal diabet epidemiyasına nəzarət etmək üçün ölkələr təcili olaraq sağlam qidalanma və fiziki fəaliyyəti dəstəkləyən siyasət həyata keçirməlidirlər.Avropa Diabet Araşdırmaları Dərnəyinin prezidenti Çantal Matiö də diabetin pandemiya həddinə çatdığını ifadə edərək, bu vəziyyətin xalq sağlamlığı və iqtisadiyyatları üçün ciddi təhlükə yaratdığını qeyd edib.Mənbə: The Guardian

Избранный
22
2
afn.az

3Источники