RU

Bakı limanında günəş enerjisi ilə işləyən fotovoltaik qurğu quraşdırılacaq

Sabah "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Malaziyanın “Citiqlobal” şirkəti arasında Bakı limanında 5,4 MV gücündə günəş enerjisi ilə işləyən fotovoltaik qurğusunun quraşdırılması ilə bağlı müqavilə imzalanacaq.

Bunu səhmdar cəmiyyətinin Baş direktoru Taleh Ziyadov noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birlikdə təşkil olunmuş “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması”nda bildirib.

O, deyib ki, layihə tamamlandıqdan sonra obyekt karbon emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və bərpa olunan mənbələrdən istifadə edilməsi vasitəsilə Bakı Limanının "Yaşıl Liman" statusuna töhfə verəcək.///report

Избранный
41
4
ucnoqta.az

7Источники