RU

Mərkəzi Bank və BMK COP29 çərçivəsində Maliyyə, İnvestisiya və Ticarət Günündə tədbir təşkil edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Mərkəzi Bankı Beynəlxalq MaliyyəKorporasiyası (BMK), Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsi(DBMŞ), Dayanıqlı Maliyyə üzrə Beynəlxalq Platforma (DMBP),Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP)tərəfdaşlığı və Birləşmiş Millətlər Təşkilatının Ətraf MühitProqramının Maliyyə Təşəbbüsünün (BMTƏMP MT) dəstəyi ilə “Dayanıqlımaliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi vəmüqayisəliliyinin inkişafına dair Yol Xəritəsi”ni təqdim edib.

Mərkəzi Bankdan Trend-əverilən məlumata görə, Yol Xəritəsi rəsmi olaraq COP29 çərçivəsindəMaliyyə, İnvestisiya və Ticarət Günündə Mərkəzi Bank və BMKtərəfindən təşkil olunmuş “Dünya üzrə dayanıqlı maliyyənininkişafı: Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlıəlaqəliliyi və müqayisəliliyi üzrə Yol Xəritəsi” adlı mühümtədbirdə elan olunub.

“Biz, Mərkəzi Bank olaraq Yol Xəritəsinin həyata keçirilməsindəfəal mövqedə qərarlaşmağı nəzərdə tutmuşuq. Bu mühüm təşəbbüsdəicra prosesinə və inkişafa nəzarət etməkdə qərarlıyıq. Stratejitərəfdaşlarımızla birlikdə Yol Xəritəsinin həyata keçirilməsi üçünqüvvələrimizi cəmləyəcəyik”, - deyə Azərbaycan Mərkəzi Bankınınsədri Taleh Kazımov vurğulayıb.

Yol Xəritəsi Paris Sazişinin iqlim məqsədlərinə uyğunlaşdırılmışdayanıqlı maliyyəyə qlobal yanaşmanın aktuallığından irəli gəlir.O, dayanıqlı maliyyə taksonomiyalarının transsərhəd uyğunluğunuartırmaqda, eləcə də kapitalı əhəmiyyətli ekoloji və sosial təsirəmalik layihələrə yönəltməkdə vacib hesab olunan alətlər üçünçərçivəni təmin edir.

“Yaşıl taksonomiyaların uyğunlaşdırılması dayanıqlı maliyyə üçündaha səmərəli qlobal bazar yaradacaq, kapitalın ən çox ehtiyacduyulan yerə yönəldilməsinə imkan verəcək və həm inkişaf etmiş, həmdə inkişaf etməkdə olan bazarlara fayda verəcək. BMK və DBMŞKatibliyi bu missiyaya tam sadiqdir”, - deyə BMK-nın icraçıdirektoru Maxtar Diop bildirib.

Tədbirdə “Financial Times”ın İqlim məsələləri üzrə redaktoruEmilya Miçasukun moderatorluq etdiyi panel müzakirəsi müxtəlifyurisdiksiyalarda dayanıqlı maliyyə taksonomiyalarının sürətlitəkamülünə və bazarda fraqmentasiyasının qarşısının alınmasındavahid standartların əhəmiyyətinə diqqət yetirib.

Müzakirə panelində BMT İP-nin Ərəb Dövlətləri üzrə RegionalBürosunun direktoru və baş katibin köməkçi Abdalla əl-Dardari,Avropa Komissiyasının İqlim Fəaliyyəti üzrə Baş İdarəsinin başdirektorunun müavini Yan Dusik, BMTƏMP MT-nin rəhbəri Erik Aşer,“Raiffeisen Bank International”da Dayanıqlı maliyyə mövzusununrəhbəri Vera Ekonomu, İqlim Bondları Təşəbbüsünün həmtəsisçisi vəbaş icraçı direktoru Şon Kidni koordinasiya olunmuş fəaliyyətlərinşəffaflıq, uyğunluq və davamlı təşəbbüslərə sürətli kapital axınınınecə təşviq edə biləcəyini ətrafında fikir mübadiləsiaparıblar.

Tədbirin sonunda BMK-nın Avropa, Latın Amerikası və Karibhövzəsi regionu üzrə vitse-prezidenti və DBMŞ-in sədri AlfonsoQarsiya Mora da iqlim dəyişikliyinə qarşı fəaliyyətingücləndirilməsi çağırışı ilə çıxış edib.

Qeyd edək ki, Yol Xəritəsi qarşılıqlı fəaliyyətinsadələşdirilməsi üçün üç əsas elementi təsvir edir:
1. Əsas Taksonomiya fəaliyyətlərininmüəyyənləşdirilməsi: Ortaq təsnifat sistemi ilə inkişafetməkdə olan bazarlar və inkişaf etməkdə olan iqtisadiyyatlar üçünəsas sektorların və fəaliyyətlərin müəyyən edilməsi
2. Ardıcıl uyğunlaşma üçün texniki yanaşmalar:Ekoloji, sosial və idarəetmə (ESİ) təlimatları daxil olmaqla,Taksonomiya prinsipləri üçün standartlaşdırılmış uyğunlaşmayanaşmalarının yaradılması
3. Keçid maliyyəsinin dəstəklənməsi: Yüksəkemissiyalı sektorlarda dekarbonizasiya və dayanıqlılığı təmin edənkeçid fəaliyyətləri üçün təlimatların müəyyən edilməsi

Yol Xəritəsi dayanıqlı maliyyə taksonomiyalarında qlobaluyğunlaşmanın və qarşılıqlı fəaliyyətin genişləndirilməsi ilə iqlimfəaliyyəti üçün kapitalın səmərəli şəkildə səfərbər olunmasıistiqamətində Bakıdan dünyaya mühüm bir mesaj çatdırır.

“Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi vəmüqayisəliliyinin inkişafına dair Yol Xəritəsi” ilə tanış olmaqüçün bu linkə daxil olun:

Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi vəmüqayisəliliyinin inkişafına dair YolXəritəsi

Məqalədə:
Избранный
48
5
az.trend.az

6Источники